Yığmamızın üzvü Türkiyə klubunda
- 23 May 2020 15:20
- 1010
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimovanın yeni komandasının adı bəlli olub. "Rekord.az" xəbər verir ki, voleybolçumuz karyerasını Türkiyədə davam etdirəcək.
28 yaşlı voleybolçumuz "Sarıyer Belediyespor" klubu ilə razılığa gəlib. O, ən azı bir il bu komandanın uğurları üçün çalışacaq.
Təcrübəli blokçumuz bir müddət əvvəl Macarıstanın "Vasas" klubu ilə müqaviləsini uzatsa da, öz xahişi ilə razılaşmaya xitam verilib. Ayşən son iki mövsümü məhz Macarıstan klubunda keçirib. Buradakı uğurlu çıxışı Türkiyə klubunun diqqətini cəlb edib və komanda voleybolçumuzu heyətinə qatıb.
Qeyd edək ki, yığmamızın daha bir üzvü "Sarıyer"də çıxış edəcək. Komada bir müddət əvvəl Nikalina Başnakova ilə müqaviləsini uzadıb.