Yığmamızın üzvü üçüncülüyün növbəti oyununda uduzdu
- 01 May 2023 13:30
- 361
Macarıstanda çıxış edən Azərbaycanın qadın voleybolçulardan ibarət üzvü Nikalina Başnakova üçüncülük uğrunda növbəti görüşünü keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Szent Benedek" bu mərhələdə "Fatum" klubu ilə qarşılaşıb.
Cütün ilk görüşündə quru hesabla qalib gəlmiş voleybolçumuzun komandası ikinci matça yaxşı başlamayıb və birinci hissəni uduzub. Bundan sonra növbə ilə set qazanan tərəflər cütün taleyini tay-brekə daşıyıblar. Həlledici hissədə rəqib daha dəqiq oynayıb və "Szent Benedek" 2:3 (13:25, 25:22, 14:25, 25:18, 10:15) hesabı ilə məğlub olub.
Komandasının uduzduğu görüşdə yığmamızın üzvü əvəzetmə ilə oynayıb. Başnakova meydanda olduğu müddətdə 11 xal qazanıb. O, 8 dəfə hücumda, 3 səfə isə blokda fərqlənib.
Qeyd edək ki, bu komandaların növbəti qarşılaşması mayın 4-də baş tutacaq.