Yığmamızın üzvünün 11 xalı qələbə üçün yetərli olmadı
- 06 Noy 2020 14:54
- 710
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Türkiyə çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, voleybolçumuzun formasını geyindiyi "Sarıyer BLD" 14-cü tur çərçivəsində "Aydın" klubu ilə qarşılaşıb.
Doğma meydanda baş tutan görüş "Sarıyer BLD" üçün uğursuz alınıb. Ayşən və rəfiqələri 4 hissə davam edəbn matçda yalnız bir set qazana biliblər - 1:3 (19:25, 25:23, 18:25, 23:25).
Komandasının xalsız qaldığı oyunda yığmamızın üzvü 11 dəfə fərqlənib. Abduləzimova bu xallardan 7-ni hücumda, 2-ni blokda, 2-ni isə eyslə qazanıb.