V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək qadın voleyboçulardan ibarət Azərbaycan millisinin yekun heyəti açıqlanııb. "Rekord.az" xəbər verir ki, baş məqşçi siyahıya 14 oyunçunun adı salıb. 

Komandamız Türkiyənin Konya şəhərində təşkil olunan islamiadada mübarizəyə avqustun 8-də start verəcək. A qrupunda yer alan yığmamızın rəqibləri Kamerun, Seneqal və Əfqanıstandır. Millimizin kapitanı isə təcrübəli blokçumuz Ayşən Abduləzimovadır. 

Millimizin İslamiadada çıxış edəcək heyətini təqdim edirik:    

   Hücumçular: Yelizaveta Ruban, Odina Əliyeva, Nikalina Başnakova, Marqarita Stepanenko, 

   Oyunqurucular: Kristina Besman, Şəfaqət Alışanova, Valeriya Kondratyeva

   Blokçular: Ayşən Abduləzimova, Olena Xarçenko, Mariya Kirilyuk, Aynur İmanova, Anastasiya Mertsalova

   Liberolar: Yuliya Kərimova, Bəyaz Əliyeva

   Baş məşqçi: Eldar Yusubov

   Məşqçilər: Vüqar Əliyev, Emin Əbilov