Yığmanın üzvü Elnur Məmmədlinin bacısı oğlu imiş…
- 29 Mar 2021 15:22
- 877
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan ilk medalını qazanıb.
Rekord.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov bürünc medal üçün görüşə Rusiyanı təmsil edən Konstantin Simeonidisə qarşı çıxmalı idi.
Lakin yunan əsilli rəqibinin zədələnməsi səbəbindən görüş baş tutmayıb və K.Hüseynov bürünc medala sahib çıxıb.
Kəramət Hüseynov Olimpiya çempionu Elnur Məmmədlinin bacısı oğludur.