Futbol üzrə Almaniya yığmasının baş məşqçisi Yoahim Lövün aqibətinə aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, son oyunlardakı uğursuz nəticələrdən, xüsusilə İspaniya ilə oyundakı 0:6 hesablı məğlubiyyətdən sonra 60 yaşlı mütəxəssisin istefası gündəmə gəlmişdi.

Lakin Almaniya Futbol Federasiyası onun postunda qalmasına qərar verib. Lövün aqibətini müzakirə etmək üçün bir araya gələn qurumun rəhbərliyi İspaniyaya böyükhesablı məğlubiyyətin istefa üçün yetərli olmadığını vurğulayıb. Federasiyanın rəsmi saytının yaydığı məlumatda təcrübəli mütəxəssisin işini davam etdirəcəyi, gələn il keçiriləcək AÇ-2020-də də komandaya rəhbərlik edəcəyi qeyd olunub.

Qeyd edək ki, Yoahim Löv 2006-cı ildən Almaniya millisinə rəhbərlik edir. Sözügedən komanda onun rəhbərliyi altında DÇ-2014-ün qalibi olub.