Yohan Valem: “Qısa vaxt kəsiyində 3 vacib oyunumuz var”
- 08 Okt 2020 15:45
- 647
“Oyunda futbolçularımdan istədiyimin daha çoxunu gördüm. 2 qol buraxmağımıza və uduzmağımıza baxmayaraq, yaxşı komandaya qarşı inamlı mübarizə apardıq”.
Rekord.az xəbər verir ki, bu fikirləri Kipr millisinin baş məşqçisi Yohan Valem Çexiya ilə yoldaşlıq oyunundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.
Komandasının oyun baxımından inkişafda olduğunu söyləyən belçikalı mütəxəssis Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunun Lüksemburqla matçına da toxunub: "İstənilən çətinliyin öhdəsindən gəlməyə hazırıq. Lüksemburqla görüşdə mütləq fərqli komanda görəcəksiniz. Qısa vaxt kəsiyində 3 vacib oyunumuz var. Vaxtdan düzgün istifadə etməliyik. Bu qarşılaşmada favorit olduğumuzu düşünmürəm. Amma qrupdakı vəziyyətimizi yaxşılaşdırmaq üçün xal və ya xallar qazanmağa çalışacağıq".
Qeyd edək ki, Kipr millisi oktyabrın 10-da səfərdə Lüksemburqla, 3 gün sonra isə Albaniyada Azərbaycanla qarşılaşacaq.