Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Çempionatının seçmə mərhələsi və İslamiadaya hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hazırda Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışında olan komandamız bu gün yerli yığma komanda ilə qarşılaşıb.

Görüş 4 hissə davam edib və yığmamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Yoxlama oyunu 

21 iyul
   Sloveniya - Azərbaycan 1:3 (25:22, 18:25, 23:25, 19:25)