Yota sıraya döndü
- 23 Fev 2021 16:40
- 681
"Liverpul" un futbolçusu Diogo Jota zədəsini sağaldıb.
Rekord.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Portuqaliyalı oyunçu çərşənbə günü komanda ilə məşqlərə başlayacaq. Onun bazar günü "Şeffild Yunayted"lə matçda iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Yota dekabrın 9-da "Midtülland"la oyunda xəsarət alıb.