"Barselona" dünyanın ən böyük video paylaşma sistemi - "Youtube"da ən çox abunəçisi olan idman klubudur.

Rekord.az xəbər verir ki, bu barədə Kataloniya klubunun saytı məlumat yayıb. "Barselona"nın 10 milyon izləyicisi olduğu vurğulanıb.

La Liqa təmsilçisinin təqdim etdiyi siyahıda  ikinci yerdə 5 milyon 920 min abunəçi ilə "Real" qərarlaşıb. İlk 3-lüyü 5 milyon 550 min izləyicisi olan "Flamenqo" (Braziliya) bağlayır.

"Youtube"da ən çox abunəçisi olan 12 idman klubu

1. "Barselona" - 10 milyon

2. "Real" - 5.92 milyon

3. "Flamenqo" - 5.55 milyon

4. "Liverpul" - 4.98 milyon

5. "Mançester Yunayted" - 3.21 milyon

6. "Yuventus" - 2.88 milyon

7. "Mançester Siti" - 2.72 milyon

8. PSJ - 2.56 milyon

9. "Çelsi" - 2.1 milyon

10. "Arsenal" - 1.96 milyon

11. "Bavariya" - 1.7 milyon

12. "Qalatasaray" - 1.6 milyon