“Real”ın futbolçusu Luka Yoviç La Liqanın 18-ci turunda “Osasuna” ilə matçı buraxacaq.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu əvvəlcə Pamplona səfəri üçün heyətdə yer alsa da, o, son anda sol ayaq əzələsindən zədələnib. Buna görə də serbiyalı oyunçu “Osasuna” ilə görüşdə iştirak etməyəcək.

Yoviç bu mövsüm La Liqada 4 matç keçirib.

Qeyd edək ki, bu gün oynanılacaq “Osasuna” – “Real” qarşılaşması Bakı vaxtı ilə 00:00-da başlayacaq.