Yoxsulluq içində dünyasını dəyişən dahi, yaxud Qarrinçanın bilinməyən tərəfləri YAZI + FOTOLAR
- 23 İyl 2022 17:00
- 883
Burjuaziya qəzetlərinin peşəkar futbol üçün yaratdıqıarı reklamlar əslində həqiqətə uyğun gəlmir. Zəngin və təmin edilmiş həyat yalnız tək-tək oyunçulara qismət olur. Yüksək qazanc və şöhrət əldə etmək ümidi ilə yaşayan idmançılardan ibarət böyük bir kütlə, ehtiyac içərisində ömür sürür, öz sağlamlığını itirir, arzularına çatmadan sıradan çıxırlar.
Məşhur braziliyalı futbolçu, ikiqat dünya çempionu Manoel Frantisko do Santos (Qarrinça) da məhz belə idmançılardan olmuşdur. Braziliya futbolunun nəhəng, saysız-hesabsız “ulduz”lar aləmində Qarrinçanın böyük maraq doğuran qeyri-adi həyatı özünəməxsus yer tutur. Onun qəflətən peyda olması Braziliya “torsida”sını bir anda heyrətə gətirdi. 1953-cü il iyulun 9-da ilk dəfə məşhur “Botofoqo” komandasının heyətində çıxış edən Pau-Qranda qəsəbəsində yaşayan və heç kəsə tanış olmayan bu gənc yığma komandanın ən yaxşı müdafiəçisi Nilton Santuşu əməli-başlı “tərksilah” etdi. Beş il sonra isə İsveçdə keçirilmiş dünya çempionatında braziliyalıların sağ cinah hücumçusu SSRİ yığması ilə oyunda sovet müdafiəçilərinin əsl qara kabusuna çevrildi. Nəhayət, 1962-ci il Çilidə keçirilən növbəti dünya çempionatını isə dünya mətbuatı haqlı olaraq “Qarrinça çempionatı” adlandırdı. Futbol icmalçıları onun oyununu təhlil edərkən şadlıqdan yerə-göyə sığmır, məşqçilər isə Qarrinçanın adı gələncə əllərini ümidsiz halda yellədilər və bununla da onu neytrallaşdırmaq məqsədi ilə edilən bütün cəhdlərin hamısının puça çıxacağını işarə edirdilər.
Öz xarici görkəmi ilə (bəstəboy, ayaqları əyri olan Qarrinça qaçanda yanlarını basa-basa yüyürürdü, sanki yırğalanırdı) meydançadakı davranışı ilə futbolçuya əsla oxşamırdı. Qaçmaqla arası yox idi. Meydançada onun ən çox sevdiyi hərəkətlər “ötüb keçmə” əməliyyatları idi. Bunu ustalıqla yerinə yetirən Qarrinça əvvəl sola, sonra isə sağa meyl etməklə, müdafiəçini çaşdırır, özünün sevdiyi “korpus” fəndini işə salaraq qapıya doğru şığıyırdı.
Braziliya futbolçusuna xas olan artistizim virtuozluq onun ustalıqla icra etdiyi saysız-hesabsız fəndlər hesabına daha da zənginləşmişdi. Yaşıl futbol meydançalarında o, özünü havada quş kimi hiss edirdi. Yəqin elə buna görə də onu uşqlıqdan “Qarrinça” ləqəbi ilə çağırmağa başlamışdılar. Belə ki, topla “ünsiyyət” saxlayarkən, o lap Cənubi Amerika meşələrtində yaşayan kiçik quşcuğazı-qarrinçanı xatırladırdı. Lakin, o təkcə janqlyor və aldadıcı hərəkətlər ustası deyildi. Dəqiq ötermələrdə Dididən geri qalmır, qapıya güclü və sərrast zərbələr vurmaqla həm Leonidas, həm də Pele ona həsəd apara bilərdi. Bir sözlə, o, nadir və özünəməxsus futbolçu idi.
Lakin şöhrətin ən yüksək nöqtəsində axıradək dayanmaq ona da nəsib olmadı. Hamının pərəstiş və qibtə etdiyi şəxsiyyətə çevrildiy anda gözlənilmədən faciə baş verdi. Belə ki, Braziliya çempionatının təqvim oyunlarının birində Qarrinça zədələndi. Aldğı zədə qorxulu deyildi. Həkimlər müalicənin problem olmayacaöını müəyyənləşdirdilər. O şərtlə ki, Qarrinçaya 2-3 aylıq dinclik, istirahət verilsin. Lakin işin tərsliyindən Qarrinçanın, şərəfini qoruduğu “Botofoqo” komandası bir neçə həftəədn sonra, böyük bir turnirdə iştirak etmək üçün Avropaya yola düşməliydi. Müqaviləyə görə, əgər Qarrinça komandasının heyətində meydamlaya çıxsaydı klub onun iştirak etdiyi hər bir matç üçün 15 min dollar gəlir əldə edəcəkdi. O, çıxış etməzsə, qonorar iki dəfə azalacaqdı. Qarrinçanı əzizlədilər, dilə tutdular, yalvardılar və razı salıb apardılar...
Avropaya səfərdən qayıtdıqdan sonra “Botofoqo”nun mühasibləri qazancı və klubun yarşlarda nə qədər mənfəət götürdüyünü hesabladıqları vaxt həkimlər əllərini ümidsiz halda yelləyirdilər. Klubun rəhbərləri duyuq düşdülər ki, Qarrinçanın zədələnməsi nə qədər ki, mətbuatın və televiziyanın gündəlik mövzusuna çevrilməyib, ondan yaxa qurtarmaq daha sərfəlidir. Hətta indiki vəziyyətdə də Qarrinçanı hər hansı bir kluba “sırımaq”la samballı məbləğ götürmək olardı. Onu “Korintias” klubuna satmaqla başdan elıdilər.
Məşhur San-Paulo klubunun rəhbərliyi xərclədikləri pulun müqabilində Qarrinçadan, onun artıq göstərə bilmədiyi futbolu tələb edirdilər. Tribunalardan qopan fışqırıq, hay-küy sədalarında sevinc və şadlıq yox, mühakimə, qəzəb və kin əlamətləri duyulurdu. “ya sən oynayacaqsan, ya da ki...”-deyə çinovniklər bar-bar bağırırdılar. Qarinça bu “ya da ki...” sözünü çox gözləməli olmadı. Qapını çırpıb Rio-de-janyeroya getdi. Elə həmin dəqiqə onun haqqında ölçü götürüb müqavilə bitənədək klubların heç birində oynamağa icazə vermədilər.
Mərhumetmə müdəti qurtardıqdan sonra onun ayağı artıq sağalmışdı, lakin özünün mübariz idman formasından xeyli uzaqda idi. İndi o, “Flamenqo”nun heyətində tez-tez ehtiyat oyunçular samyasında görünür, oyunun axırına 15-20 dəqiqə qalmış yopldaşlarını əvəz edir, oyundaşlarını həvəsləndirmək, Braziliya “torsida”snın gurultulu alqışlarını qazanmaq və rəqibləri cinlətmək niyyəti ilə meydançaya çıxırdı. 1969-cu ilin ortalarında Qarrinçanın ulduzu sönməyə başlayır. O, futbolsuz yaşaya bilmir, lakin futbolçu da ola bilmirdi. Həyatda isə əlindən başqa heç bir şey gəlmirdi. Pele kimi zirək tərpənib sərvət toplamamış, məşqçilik karyerası əldə etməmişdi. Qeyri-praktik, təcrübəsiz, azsavadlı və sadəlövh adamdı. Bir sözlə, qanadları qırılmış quşa bənzəyirdi.
Dahi futbolçu bir neçə il dostlarının sədəqəsi və himayısi altında yaşadı, kimi ev kirayəsini ödəyir, kimi restoranına qonaq edir, kimi də şalvarsız və köynəksiz qalmamaq üçün ona pul çeki göndərirdi. Sonra isə alkoqol xəstəliyinin uzunmüddətli zərərli təsirləri başlandı. Bu mənada Qarrinça sağalmaz idi. Düzünə qalanda onu müalicə etməyə, düz yola qaytarmağa və yardım əli uzatmağa heç kəs təşəbbüs də göstərmirdi. Ağır ehtiyac, usandırıcı xəstəlik şəraitində yaşayan qarrinça, nəhayət 1983-cü ilin yanvar ayında dünyadan köçdüş Onu yalnız ölümündən sonra xatırladılar...
Qısa dosye
Qarrinşa haqqında əlavə olaraq qısaca bunları da qeyd edək ki, o, 1933-cü il oktyabrın 28-də Braziliyanın Pau-Qrandi şəhərində anadan olub. Braziliya yığmasının heyətində iki dəfə dünya çempionu adını qazanmış əfsanəvi hücumçu yığmada keçirdiyi 50 oyunda 13 qol vurub. Üç mundialda (1958, 1962 və 1966) iştirak edən forvard 4 qolla Dç-1962-nin bombardiri olub. XX əsrin 8 ən yaxşı futbolçusundan biri 27 il bundan əvvəl dünyasını dəyişib. Ayağının biri o birindən qısa olan Qarrinça buna baxmayaraq o qədər dahi futbolçu olub ki, meydançada qaçarkən və hərəkət edərkən heç kimi bunu hiss etməyib. Ancaq onun haqqında yaranan mənfi söhbətlər, rəylərin heç də hamısı sırf içki ilə bağlı olmayıb. Belə ki, dahi ulduz eyni zamanda qadın düşkünü də olub. Məhz qadlnlara münasibətləri də onun futbolçu karyerasına təsir edib. Lakin bütün bunlara baxmayaraq, nə içki, nə də qadın düşkünü olması Qarrinçanın dahi futbolçu olmasına ləkə sala bilməz. O, həqiqətən ulduz olub və dünya futbolunda ad qoyub. Təsadüfi deyil ki, bu gün də Braziliyada hamı onun adını böyük ehtiramla yada salır. Hətta nə qədər qəribə olsa da vətəndə çoxları Qarrinçanı Peledən də gücül futbolçu hesab edir.