Futzal üzrə Yüksək Liqada 14-cü turun oyun cədvəli açıqlanıb. 


Rekord.az xəbər verir ki, turun 2 oyunu aprelin 3-də “Olimpik Star”da keçiriləcək.


“Şuşa” – U-19 oyunu qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsində iştirakı və komandanın Xorvatiyadan paytaxta tura yaxın dönməsidir. Yol yorğunluğunu və “Şuşa” komandasının razılığını nəzərə alan Azərbaycan Futzal Federasiyası U-19-un müraciətini müsbət cavablandırıb.


Araz Naxçıvan - Neftçi İK

3 aprel. Olimpik Star. Saat 14:00


Baku Fire - Yasamal Bakı

3 aprel. Olimpik Star. Saat 16:00