![photo](https://www.rekord.az/storage/uploads/5/futzal-yuksek-liqa.jpg)
Yüksək Liqada 6 komanda iştirak edəcək
- 08 Sen 2023 13:45
- 307
Yüksək Liqanın 2023-2024-cü il mövsümündə iştirak edəcək komandaların adları dəqiqləşib.
Rekord.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, U-19, “Yasamal-Baku” və “Record club” komandaları çempionluq adı uğrunda yarışacaq.
Mövsümə sentyabrın 26-da start veriləcək. Dairəvi sistemlə keçiriləcək yarış 4 dövrədən ibarət olacaq.