Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, “Murov Az Terminal” klubu MOİK-i qəbul edib.

“Murov Az Terminal”ın İdman zalında təşkil olunan görüşə meydan sahibləri üstün başlayıb və birinci seti 25:18 hesabı ilə aktivlərinə yazıblar. Gərgin keçən ikinci hissədə isə MOİK 25:23 hesabı ilə üstün olub. Bundan sonra ev sahibi yenidən təşəbbüsü ələ keçirərək növbəti setləri qalib başa vurub - 25:8, 25:18. Beləliklə, maraqlı mübarizədə keçən matçda “Murov Az Terminal” 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu gün keçirilən oyundan sonra “Murov Az Terminal” 18 xalla (7 qələbə) turnir cədvəlinə liderlik edir. “AZERRAIL”-in 18 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), Neftçi”nin 13 (4 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

24 yanvar

Yüksək Liqa

   “Murov Az Terminal” - MOİK 3:1 (25:18, 23:25, 25:8, 25:14)