Voleybol üzrə Azərbaycan çempionatında kişilərin mübarizəsində növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqada bu gün baş tutan görüşdə "Azərreyl" və "Sərhədçi" üz-üzə gəliblər.

Qarşılaşma birincilərin üstünlüyü ilə keçib. 3 set davam edən matçda "Azərrəyl" çətinlik çəkmədən quru hesablı qələbəni bayram edib.

 

Yüksək Liqa

   "Azərreyl" - "Sərhədçi" 3:0 (25:09, 25:20, 25:17)