Voleybolçu üzrə ölkə çempinatında kişilərin mübarizəsində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqada bu dəfə I və IV turdan təxirə salınan iki oyun təşkil olunub. 

"Murov" voleybol klubunun idman zalında baş tutan hər iki görüşdə 3:0 hesabı qeydə alınıb.

Günə IV turun "Sərhədçi" - "MOİK" qarşılaşması ilə start verilib. Eldar Əliyevin komandası matçı 3:0 (25:18, 25:17, 26:24) hesabı ilə qalib gəlib.

Dövrənin son matçı isə l turdan təxirə salınan "Murov" - "Ekspress" matçı olub. Rəqibinə heç bir şans verməyən "Murov" matçı 3:0 (25:15, 25:10, 25:17) hesabı ilə qalib gəlib.

Beləliklə, Yüksək Liqada I dövrənin oyunları başa çatıb. İlk dövrənin nəticələrinə əsəsən ilk 3 pillədə müvafiq olaraq "Murov", "Neftçi" və "MOİK" komandaları qərarlaşıblar. Eyni xal toplayan (9 xal) klubların set fərqi də bərabərdir. Belə vəziyyətdə turnir cədvəlindəki ardıcıllıq məhz top fərqinə görə sıralanıb. Dördüncü pilləni 3 xalla "Ekspress" , sonuncu yeri isə "Sərhədçi" komandası tutur.

Qeyd edək ki, Yüksək Liqanın qalibi 4 dövrədən sonra müəyyən olunacaq. Əgər xallar bərabər olarsa yerlər qələbə sayına əsasən müəyyənləşdiriləcək.