Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2023-cü ilin ilk oyunu  keçirilib. "Rekord.az" xəbər verir ki, Voleybol Mərkəzində baş tutan görüşdə MOİK-“Murov”la üz-üzə gəlib.

II tur çərçivəsində təşkil olunan qarşılaşmanın ilk setini 25:15 hesablı üstünlüklə bitirən Fərid Cəlalovun yetirmələri ikinci hissəni 14 top fərqi ilə qazanıblar. “Murov” üçüncü setdə isə 25:17 hesabı ilə qalib gələrək rəqibini 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, bu oyundan sonra aktivindəki xalların sayını 6-ya çatdıran “Murov” turnir cədvəlində ilk pilləyə yüksəlib. 3 xalla “Xarı bülbül” turnir cədvəlində 2-ci , xal qazanmayan “Neftçi” və "MOİK" komandaları isə 3-cü və 4-cü pillələri tuturlar. 

12 yanvar
Yüksək Liqa
II tur
   "MOİK" - “Murov” 0:3 (15:25, 11:25, 17:25)