
Yüksək Liqada ilin son oyunları keçirilib
- 19 Dek 2024 20:30
- 310
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilin son oyunları baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün Yüksək Liqanın III turunda Bakıda iki, Gəncədə isə bir oyun keçirilib.
İlk olaraq GİN-in Voleybol Mərkəzində meydana “Abşeron” və “AZERRAIL” klubları çıxıblar. Gərgin keçən bu görüşdə “Abşeron” 3:1 hesabı ilə qələbə qazanıb.
Növbəti oyun Gəncə İdman Sarayında baş tutub. Bu matçda meydan sahibi “Gəncə” klubu UNEC-i 3:0 hesabı ilə məğlub edib.
Turun və ilin son qarşılaşmasında isə “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. GİN-in Voleybol Mərkəzində təşkil olunan bu oyunda 3:1 hesabı ilə “Milli Aviasiya Akademiyası” qalib gəlib.
Oyunların nəticələri
Yüksək Liqa
IV tur
19 dekabr
“Gəncə” - UNEC 3:0 (25:8, 25:7, 25:11)
“Abşeron” - “AZERRAIL” 3:1 (18:25, 25:21, 25:17, 25:16)
“Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” 3:1 (25:20, 23:25, 25:21, 25:19)