Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında ilk finalçılar bəlli olub. Bu gün yarımfinallar çərçivəsində iki oyun keçirilib.
GİN-in Voleybol Mərkəzində ilk olaraq kişilərdən ibarət MOİK və “AZERRAIL” klubları üz-üzə gəliblər. Bu komandaların ilk oyununda olduğu kimi cavab matçında da “AZERRAIL” 3:0 hesablı qələbə qazanıb və adını finala yazdırıb. Məğlub olan MOİK isə üçüncülük uğrunda mübarizə aparacaq.
Günün növbəti qarşılaşması isə qadınlardan ibarət “Gəncə” və “AZERRAIL” klubları arasında olub. Gərgin keçən qarşılaşmada “Gəncə” 3:2 hesabı ilə qələbə qazanıb. “AZERRAIL” məğlub olsa da, ilk görüşdə qazandığı qələbə və bu oyundakı iki set finala adlamağa kifayət edib. Beləliklə, “AZERRAIL” finala yüksələn ilk komanda olub. Gəncə təmsilçisi isə bürünc medal uğrunda oyuna çıxacaq.
Qeyd edək ki, finalın növbəti iştirakçılarının adları sabah bəlli olacaq.

Azərbaycan çempionatı 
Yüksək Liqa (kişilər)
Yarımfinal (ikinci oyun)
17 aprel
Kişilər
   MOİK - “AZERRAIL” 0:3 (12:25, 18:25, 14:25)
Qadınlar
   “Gəncə” -  “AZERRAIL” 3:2 (21:25, 20:25, 25:16, 25:17, 15:8)