Kişi voleybolçular arasında Azərbaycan çempionatında 9-cu turun oyunu keçirilib.  "Rekord az" xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində baş tutan qarşılaşmada MOİK və “AZERRAIL” komandaları üz-üzə gəliblər. Görüş “AZERRAIL”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Beləliklə, turnir cədvəlinə liderlik edən “AZERRAIL” xallarının sayını 18-ə (6 qələbə) çatdırıb. “Murov Az Terminal”ın 15 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), Neftçi”nin 13 (4 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

Qeyd edək ki, Azərbaycan çempionatının turnir cədvəlində yerlər komandaların qələbə sayına görə müəyyənləşir. Qələbə sayı bərabər olduqda xallar, xallarda bərabərlik olarsa, setlərin, topların nisbəti, burada da bərabərlik olarsa komandaların şəxsi oyunları nəzərə alınır. 
 
Yüksək Liqa (kişilər)
IX tur
   MOİK - “AZERRAIL” 0:3 (10:25, 11:25, 22:25)