Yüksək Liqada növbəti oyunlar baş tutub
- 28 Fev 2020 20:42
- 867
Voleybol üzrə ölkə birinciliyində kişilərin mübarizəsində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın növbəti turu çərçivəsində ilk olaraq "Azərreyl" və "MOİK" qarşılaşıblar.
Oyunun əvvəlində təşəbbüsü ələ alan "MOİK" uğurlu çıxışını sonadək davam etdirib və quru hesablı qələbə qazanıb.
Günün digər matçında "Express" və "Sərhədçi" kollektivləri üz-üzə gəliblər. Bu oyun da 3 set davam edib. Rəqibinə heç bir şans verməyən "Express" 3:0 hesabı ilə qalib gəlib.
Yüksək Liqa
28 fevral
“Azərreyl” - MOİK 0:3 (20:25, 19:25, 22:25)
“Express” - “Sərhədçi” 3:0 (25:7, 25:22, 25:21)