Yüksək Liqada növbəti oyunlar baş tutub
- 11 Yan 2024 23:41
- 291
Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk qarşılaşmaları keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün 8-ci tur çərçivəsində iki görüş baş tutub.
Tura “Neftçi” - MOİK matçı ilə start verilib. “Murov Az Terminal” klubunun İdman zalında təşkil olunan görüş “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun növbəti oyununda “Murov Az Terminal” və “AZERRAIL” klubları üz-üzə gəliblər. GİN-in Voleybol Mərkəzində baş tutan gərgin qarşılaşmada tərəflər hərəyə iki set qazandığından qalib tay-brekdə müəyyənləşib. Bu hissədə daha dəqiq oynayan “Murov Az Terminal” meydandan 3:2 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, Yüksək Liqasında “Xarı Bülbül Şuşa” 16 xalla turnir cədvəlinə liderlik edir. Hərəyə 15 xal qazanan “Murov Az Terminal” və “AZERRAIL” 2-ci və 3-cü, “Neftçi” 13 xalla 4-cü, “Xarı Bülbül Laçın” 4 xalla 5-ci, xalı olmayan MOİK isə 6-cı yerdədir.
Yüksək Liqa
VIII tur
“Neftçi” - MOİK 3:0 (25:20, 25:23, 27:25)
“Murov Az Terminal” - “AZERRAIL” 3:2 (25:20, 25:17, 20:25, 23:25, 15:8)