Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün 19-cu tur çərçivəsində paytaxtda iki, Gəncədə isə bir görüş baş tutub. 
Bakıda GİN-in Voleybol Mərkəzində “AZERRAIL” və “Milli Aviasiya Akademiyası” üz-üzə gəliblər. Matça daha yaxşı başlayan “AZERRAIL” üstünlüyünü sonadək qoruyub və 3:0 hesabı ilə qələbə qazanıb. 
Günün növbəti oyununda “Gəncə” doğma meydanda “Abşeron”u qəbul edib. Meydan sahibləri ilk setdən təşəbbüsü ələ alıblar və yekunda 3:0 hesabı ilə qalib gəliblər. 
Tura UNEC - “Murov Az Terminal” qarşılaşması ilə yekun vurulub. UNEC-in idman zalında baş tutan görüş “Murov Az Terminal” 3:0 hesablı qələbəyə sevinib.
Beləliklə, qadınların turnir cədvəlinə “AZERRAIL” 48 xalla (16 qələbə) liderlik edir. “Murov Az Terminal” 40 xalla (14 qələbə) 2-ci, “Abşeron” 39 xalla (13 qələbə) 3-cü, “Gəncə” 30 xalla (10 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 14 xalla (4 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

2 aprel
Yüksək Liqa
   “Gəncə” - “Abşeron” 3:0 (25:18, 25:20, 25:16)
   “AZERRAIL” - “Milli Aviasiya Akademiyası” 3:0 (25:7, 25:19, 25:18)
   UNEC - “Murov Az Terminal” 0:3 (5:25, 11:25, 10:25)