Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində XII turun iki qarşılaşması baş tutub.
Günün ilk qarşılaşmasında MOİK ilə “Xilasedici” üz-üzə gəlib. Görüş ikincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Daha sonra “Murov Az Terminal” və “Neftçi” klubları meydana çıxıblar. Dörd set davam edən bu matçda isə “Murov Az Terminal” 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, XII turun son oyunu “AZERRAIL” və “Gənclər” arasında olacaq. Bu qarşılaşmanın keçiriləcəyi tarix hələki bəlli deyil. 
Yüksək Liqa
25 fevral
XII tur

   MOİK - “Xilasedici” 0:3 (10:25, 19:25, 11:25)
   “Murov Az Terminal” - “Neftçi” 3:1 (25:18, 25:22, 24:26, 25:21)