Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti turun keçiriləcəyi vaxt bəlli olub. "Rekord.az" xəbər verir ki, qadın voleybolçular bir gündə, kişi voleybolçular isə iki gün ərzində meydana çıxacaqlar.

Belə ki, fevralın 4-də qadınların Yüksək Liqasında IX turun qarşılaşmaları baş tutacaq. Kişi voleybolçular arasında IX turun oyunları isə 5-6 fevral tarixlərində təşkil olunacaq.

Yüksək Liqa (qadınlar)
IX tur
4 fevral

   15:00. UNEC - “Gəncə”
   16:00. “AZERRAIL” - “Abşeron”
   18:00. “Murov Az Terminal” - “Milli Aviasiya Akadekiyası”

Yüksək Liqa (kişilər)
IX tur
5 fevral

   16:00. “AZERRAIL” - MOİK
6 fevral
   16:00. “Gənclər” - “Neftçi”
    17:00. “Xilasedici” - “Murov Az Terminal”