Voleybolçu kişilər arasında Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlandı. "Rekord.az" xəbər verir ki, Yüksək Liqada II dövrəyə fevralın 2-də start veriləcək.

Sabah baş tutacaq IV turda ilk olaraq "Neftçi" və "Murov" komandaları meydana çıxacaqlar. Qarşılaşmanın start fiti saat 16:00-da çalınacaq. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

Turun ikinci oyunda "MOİK" və "Xarı bülbül" klubları üz-üzə gələcəklər. Bu matça saat 18:00-da start veriləcək.

 

 

Yüksək Liqa

IV tur

2 fevral

   16:00 “Neftçi” - “Murov” 

   18:00 MOİK - “Xarı bülbül”