Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların keçirilmə yeri və başlama vaxtı dəqiqləşib. "Rekord.az" xəbər verir ki, I dövrənin növbəti matçı yanvarın 10-da keçiriləcək. 

Həmin gün saat 17:00-da “MOİK” ilə “Murov” klubları üz-üzə gələcəklər. Görüş Voleybol Mərkəzində keçiriləcək.

Ertəsi gün “Neftçi” “Express”lə münasibətinə aydınlıq gətirəcək. Bu qarşılaşmaya isə FHN-nin idman zalı ev sahibliyi edəcək. Görüşün start fiti saat 14:00-da veriləcək. 

Qeyd edək ki, bu oyunlaradək “Neftçi” “Murov”a, “MOİK” “Azərreyl”ə 3:0 hesabı ilə qalib gəlib.