Voleybol üzrə Azərbaycan çempionatında kişilərin mübarizəsində növbəti oyunların vaxtı açıqlanıb. "Rekord.az" xəbər verir ki, Yüksək Liqa III turun oyunları yanvarın 26 və 27-də baş tutacaq.

Yanvarın 26-da "Neftçi" və "MOİK" klubları üz-üzə gələcəklər. Qarşılaşmanın start fiti saat 18:00-da çalınacaq.

Növbəti gün keçiriləcək turun son matçı isə "Murov" və "Xarı bülbül" klubları arasında olacaq. Oyun saat 16:00-da başlayacaq. Bu görüş "CBC sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

 

Azərbaycan çempionatı

Yüksək Liqa

III tur

26 yanvar

   18:00 "Neftçi" - "MOİK"

27 yanvar

   16:00 "Murov" - "Xarı bülbül"