
Yüksək Liqada növbəti tur baş tutub
- 27 Mar 2025 22:16
- 105
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII turun oyunları keçirilib. "Rekord az" xəbər verir ki, turun bir qarşılaşması UNEC VK-nın idman zalında UNEC və “Abşeron” komandaları arasında olub.
Bu görüş “Abşeron” klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər qarşılaşmaları isə GİN-in Voleybol Mərkəzində təşkil olunub. Burada “Murov Az Terminal” komandası “AZERRAIL”lə, “Milli Aviasiya Akademiyası” klubu isə “Gəncə” ilə üz-üzə gəlib.
“Murov Az Terminal” - “AZERRAIL” oyununda qalib 4 setdə müəyyən olunub. “AZERRAIL” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Turun son qarşılaşması isə gərginliyi ilə yadda qalıb. Bu görüşdə “Gəncə” 3:2 hesabı ilə qələbə qazanıb.
Yüksək Liqa
27 mart
XVII tur
UNEC - “Abşeron” 0:3 (8:25, 11:25, 10:25)
“Murov Az Terminal” - “AZERRAIL” 1:3 (23:25, 26:28, 25:11, 15:25)
“Milli Aviasiya Akademiyası” - “Gəncə” 2:3 (24:26, 25:16, 16:25, 27:25, 15:17)