Yüksək Liqada qış fasiləsinin nə vaxt başa çatacağı dəqiqləşib. 

Rekord.az xəbər verir ki, komandalar mübarizəyə fevralın 20-dən start verəcəklər və həmin gün 15-ci turun qarşılaşmaları keçiriləcək. 

Gələn ayın 24-də və 27-də isə 16 və 17-ci turun matçları baş tutacaq.