Yüksək Liqada quru hesablı tur
- 19 Apr 2022 10:25
- 473
Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın XIX turu “Sərhədçi” - “Murov” matçı ilə start götürüb.
İlk hissəni 25:12 hesabı ilə aktivinə yazan “Murov” növbəti setlərdə də çətinlik çəkmədən qələbə qazanıb (25:8, 25:15) və rəqibini 3:0 hesabı ilə məğlub edib.
“Murov” voleybol klubunun idman zalında təşkil olunan turun ikinci matçında isə “Neftçi” “Ekspress”lə üz-üzə gəlib. Bu qarşılaşmada da qalib 3 hissədə müəyyən olunub. Pərviz Səmədovun komandası 3 xalı rəqibini 3:0 (25:15, 25:14, 25:23) hesabı ilə məğlub etməklə əldə edib.
Beləliklə, XIX turdan sonra “Murov” 41 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Neftçi” 36 xalla ikinci, bu turda istirahət edən MOİK 25 xalla üçüncü yerdədir. 6 xala malik, lakin rəqibini set fərqində qabaqlayan “Sərhədçi” 4-cü, “Ekspress” isə beşinci pillədədir.