Kişi voleybolçular arasında Azərbaycan çempionatı başa çatıb. "Rekord.az" xəbər verir ki, bu gün "Murov Az Terminal" və "AZERRAIL" klubları arasında finalın ikinci oyunu keçirilib. 

Milli Gimnastika Arenasında təşkil olunan görüşdə "AZERRAIL" 3:1 hesabı ilə (İlk oyun 3:0) qələbə qazanıb. Beləliklə, iki görüşün nəticəsinə görə "AZERRAIL" Yüksək Liqanın qalibi olub. 

"Murov Az Terminal" gümüş, "Xilasedici" isə bürünc medal qazanıb.