Yunan-Roma güləşi üzrə millimizin Avropa çempionatı üçün heyəti
- 30 İyn 2021 19:27
- 767
Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, qitə birinciliyinin son 3 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.
Məsul yarışda Azərbaycanı təmsil edəcək müvafiq komandamız bu gün Almaniyaya yollanıb. Heyətdə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Elmir Əliyev (55 kq), Nihat Məmmədli (60 kq), Qurban Qurbanov (63 kq), Həsrət Cəfərov (67 kq), Xasay Həsənli (72 kq), Elcan Məmmədov (77 kq), Murad Əhmədiyev (82 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb.
Sabah bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. İyunun 2-də 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. Ertəsi gün isə 60, 67, 72, 82 və 97 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.