Qusar şəhər güləş zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə yunan-Roma güləşi üzrə 2010-2012-ci il təvəllüdlü idmançılar arasında Qusar rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, uşaq, yeniyetmə və gənclər arasında yunan-Roma güləşi idman növünün rayonda inkişaf etdirilməsi və təbliğ olunması, perspektivli idmançıların aşkar etdiilməsi məqsədi ilə keçirilmiş yarışlarda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, sektorunun əməkdaşları, UGİŞM-nin məşqçi- müəllimləri və 50 nəfər idmançı iştirak etmişdir.

Yarışın sonunda qalibləri Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları və Qusar rayonu üzrə gənclər və idman sektoru tərəfindən medallarla mükafatlandırılmışdır.