“Səbail” klubu futbolçusu Turan Manafovla yeni müqavilə imzalayıb.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı cinah müdafiəçisi ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Daha əvvəl Manafovun Yunanıstanın “Olimpiakos Volos” klubuna keçəcəyi deyilirdi.