APOEL-in "Qarabağ"ın müdafiəçisi Ailton Silva ilə maraqlanması haqda yayılan xəbərlərə münasibət bildirilib.

Rekord.az xəbər verir ki Yunanıstan mətbuatı bunun reallığa uyğun olmadığını yayıb.

Klubun braziliyalı cinah oyunçusu barədə hələlik bir planının olmadığını bildirilib: "APOEL-in adının bir çox futbolçu bir birgə hallanması normaldır. Bolqarıstandan Miyatoviç, Azərbaycandan Ailton adı yazılır.

APOEL hazırda Avropada məşhur klubdur, buna görə də futbolçular öz klublarına təzyiq göstərmək bu addan istifadə edirlər. Adları çəkilən iki oyunçunun vəziyyəti barədə heç nə bilinmir. Ancaq hazırda bu məlumat təsdiqlənmir".

İcarə əsasında "Qarabağ"da çıxış edən Ailton Silva müqavilə ilə "Ştutqart"a məxsusdur.