Futbol üzrə Avropa Liqasının 2-ci təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşacaq “Neftçi” heyətini gücləndirmək istəyir.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi Yunanıstan millisinin və "Panatinaikos"un futbolçusu Dimitris Kolovosla maraqlanır.

Bu barədə sözügedən ölkənin mətbuatı məlumat yayıb. 27 yaşlı hücumameyilli yarımmüdafiəçinin ölkəsində və ya xaricdə oynamaq istəyi hələ bəlli deyil. "Panatinaikos" Kolovosu yeni mövsüm üçün heyətdə düşünmür və onu icarəyə vermək niyyətindədir. 

Qeyd edək ki, Dimitris Kolovos 2019-cu ildən "Panatinaikos"da çıxış edir. O, ölkəsində "Olimpiakos", "Panionios", Kiprin "Omoniya", Belçikanın "Mexelen" və Niderlandın "Villem II" klublarının da formasını geyinib.

Xatırladaq ki, senyabrın 17-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qalatasaray” oyununa saat 20:00-da start veriləcək.