Yunanlar Tofiq Bəhramovun qərarını futbol tarixinin “ən böyük tapmacası” hesab edir
- 04 May 2020 11:00
- 592
Yunanıstanın Gazzetta.gr saytında məşhur azərbaycanlı hakim, 1966-cı ilin dünya çempionatının İngiltərə və Almaniya (4:2) yığmaları arasında keçirilmiş final oyununda yan xətt hakimi kimi iştirak etmiş Tofiq Bəhramov barədə yazı dərc olunub.
Rekord.az xəbər verir ki, məqalədə qeyd edilir ki, “Uembli” stadionunda baş tutmuş oyunda T.Bəhramovun VAR sistemi olmadan çıxardığı qərar futbol tarixinin “ən böyük tapmacası” hesab oluna bilər.
Müəllif vurğulayır ki, məhz bu qərara görə 1966-cı ildə İngiltərədə keçirilən Dünya Kubokunun finalı tarixin 50 ən maraqlı qarşılaşması sırasına daxil edilməlidir.
Məqalədə həmyerlimizin oyundan bir il sonra verdiyi açıqlama da dərc olunub. Tofiq Bəhramov səhv qərar çıxarmadığına əmin olduğunu bildirib.