“Kəpəz”dən ayrılandan işsiz olan Amil Yunanov özünə yeni klub tapıb.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Albaniya Super Liqa təmsilçisi “Bilis”lə anlaşıb.

Müqavilənin müddəti 2025-ci ilin iyununa qədər nəzərdə tutulub.

31 yaşlı forvard karyerası ərzində “Qəbələ”, “Keşlə”, “Sumqayıt” “Şamaxı”, “Səbail”, “Kəpəz” kimi klubların şərəfini qoruyub.