Yunis Hüseynov da "Kəpəz"ə getməkdən imtina edib
- 08 Noy 2023 11:00
- 1768
"Kəpəz"də vəziyyət kritik həddə çatıb.
Rekord.az xəbər verir ki, iş o yerə çatıb ki, heç bir məşqçi gedib o komandada işləmək istəmir.
Saytımıza daxil olan son məlumata görə, Yunis Hüseynov da doğma şəhərinə getməkdən imtina edib. Deyilənə görə, ona təklif AFFA-nın xətti ilə edilib. Lakin Hüseynov indiki vəziyyətdə "Kəpəz"də nəticə qazanmağın mümkünsüzlüyünü görüb və təklifdən imtina edib.