"İdman" TV-də yayımlanan "Favorit" verilişində qonaq olan Yunis Hüseynov maraqlı açıqlamaları ilə diqqət çəkib.

 

Rekord.az xəbər verir ki Hüseynov məşqçilik karyerasına gördüyü ən tənbəl futbolçunun adını açıqlayıb: "Zaur Ramazanovun məşqlə arası yox idi. Düzdür mənim dövrümdə elə şey olmurdu ki məşqə çıxmasın və ya məşq etməsin. Amma görürdüm ki bu adam məşq etməyi sevmir".

 

Hüseynov eyni zamanda Asif Əliyevlə Şakir Qəribovun pul xərcləməklə arasının olmadığını deyib. Həmçinin Rasim Abışovun da pul xərcləməklə arasının olmadığını bilidrib. 

 

Yunis bəy həmçinin Ruslan Abdullayevi karyerası dövrünə işlədiyi ən güclü məşçqi hesab edib.