Yunis Hüseynov hələ də AFFA-dan cavab gözləyir
- 11 Mar 2021 14:00
- 759
"Keşlə"dən ayrılan Yunis Hüseynovun yenidən AFFA-da çalışmaq ehtimalı haqda məlumat vermişdik. Deyilənə görə, bununla bağlı Hüseynovla Elxan Məmmədov arasında AFFA-da görüş də baş tutmuşdu. Təbii ki, Hüseynovun təşəbbüsü ilə.
Rekord.az xəbər verir ki, Məmmədov Hüseynovun yenidən işlə təmin olunması ilə bağlı vəd vermişdi.
Lakin əldə etdiyimiz məlumata görə, aradan 1 aya yaxın vaxt keçsə də federasiyadan heç bir xəbər yoxdur.