“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov koronavirusdan sağalıb.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin Mətbuat katibi Murad Axundov "Report"a açıqlamasında bildirib.

55 yaşlı mütəxəssisin test nəticəsi mənfi olub və o xəstəxanadan evə buraxılıb. Hüseynovun hazırda özünü yaxşı hiss etdiyi bildirilib.

Qeyd edək ki, Yunis Hüseynovun koronavirus testi dekabrın 15-də müsbət çıxıb.