Yunis Hüseynov şərt qoyub: Avroliqada uduzsaq, məsuliyyətini mən daşımayacam
- 18 Avq 2020 18:00
- 744
«Keşlə»nin yeni baş məşqçisi Yunis Hüseynovun klubla anlaşmasının bəzi şərtləri məlum olub.
Rekord.az-ın məlumatına görə, 1 illik müqavilə imzalayan çalışdırıcı «Laçi» ilə Avropa Liqasının ilk təsnifat oyununun məsuliyyətini öz üzərinə çəkməyib.
O, istər komanda, istər rəqib haqda geniş məlumata malik olmadığını önə çəkib və nticəyə görə cavabdehlik daşımayacağını qeyd edib. Bununla belə, Hüseynov futbolçuları Albaniya klubuna qarşıı psixoloji cəhətdən yaxşı hazırlayacağına söz verib.
«Xəzər Lənkəran» və «Kəpəz»in sabiq sükançısının qarşısına qoyulan əsas tələb Premyer Liqanın yeni mövsümüylə bağlıdır. Rəhbərlik ondan komandanı avrokuboklara çıxarmağı istəyib. Üstəlik, AFFA tərəfindən göndərilən məşqçiyə söz verilib ki, işlər qaydasında getsə, ona dəstək bir qədər də artırılacaq. (sportinfo.az)