Yunis Hüseynov ən azı 5-6 futbolçunu qışda "Keşlə"dən göndərmək istəyir.

Rekord.az-a daxil olan məlumata görə, baş məşqçi artıq bəzi futbolçuların adlarını rəhbərliyə verib.

Bildirib ki, onlarla yüksək nəticə qazanmaq mümkün deyil. Əvəzində qışda yeni futbolçular alınmalıdır. Klub rəhbəri Zaur Axundov siyahı ilə tanış olub və müəyyən təhlillər aparandan sonra baş məşqçiyə fikrini deyəcək.