Yunis Hüseynovun baş məşqçi postuna təyinatından sonra «Keşlə»də klub əməkdaşlarına qoyulan qadağalar götürülüb.

Rekord.az xəbər verir ki. burada çalışan işçilər artıq əsas komandanın iştirakıyla keçirilən məşqləri tribunadan izləyə biləcək.

Tərlan Əhmədovun dönəmində bu, mümkün deyildi. O, futbolçuların paltarlarını yuyan qadınların da iş yerindən uzaqlaşdırılmasını istəmişdi. Əhmədova görə, komanda hansı oyunu uduzursa, bu, onların günahıdır.

Keçmiş baş məşqçi «həmin insanlar bizə uğursuzluq gətirir. İşçilər və nə vaxt məşqimizi izləyir və paltarlarıı yuyurlarsa, biz o oyunu uduzuruq» - idmanda «fart»a inanan Əhmədov rəhbərliyə belə demişdi.

İndi necə deyərlər, onun vəzifəsindən uzaqlaşdırılmasından sonra klubda hamı rahat nəfəs almağa başlayıb. (sportino.az)