Yunis Hüseynov üçün əlamətdar oyun
- 04 Sen 2020 18:30
- 644
Azərbaycan Premyer Liqasının 1-ci turu “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov üçün əlamətdar olub.
Rekord.az PFL-ə istinadən xəbər verir ki, paytaxt klubunda debüt edən 45 yaşlı mütəxəssisin yetirmələri səfərdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.
Bu, Hüseynovun baş məşqçi kimi ölkə çempionatında yubiley – 80-ci qələbəsi olub. O, buna 221-ci sınağında çatıb. Mütəxəssisin hesabında 56 heç-heçə və 85 məğlubiyyət də var.
Baş məşqçi kimi 2004/05 mövsümündə “Karvan”da debüt edən mütəxəssis qələbələrindən 64-nü Yevlax təmsilçisi ilə qazanıb. Hüseynov “Standard”da 3, “Xəzər Lənkəran”da 11, “Kəpəz”də 1 dəfə qalibiyyət sevinci yaşayıb.
Yunis Hüseynov ölkə çempionatlarında 80 və daha çox qələbə qazanan 10-cu baş məşqçidir.