Yunis Hüseynov yenidən “Karvan”da?
- 30 Okt 2023 11:00
- 1650
Cari mövsüm I Liqanın iddialı komandalarından olan “Karvan” son iki ev matçında ard-arda məğlub oldu.
Rekord.az-a daxil olan məlumata görə, bu məğlubiyyət klub rəhbərliyinin ciddi narazılığına səbəb olub.
Məhz bu məğlubiyyətlərdən sonra Yevlax təmsilçisi cəmi 8 xalla 6-cı pillədə qərarlaşıb və lider MOİK-dən 6 xal geri qalır. Növbəti turda “Araz Saatlı”ya məğlubiyyət baş məşqçi Kənan Kərimov üçün sonuncu matç ola bilər. Əldə etdiyimiz məlumata görə, Yunis Hüseynovun adı artıq rəhbərliyin stolunun üstündədir.