Mehman Allahverdyevə “Kəpəz”də iş verən və bununla da özünə ciddi qalxan formalaşdıran AFFA bu siyasətini davam etdirmək istəyir.

Rekord.az-a daxil olan məlumata görə, federasiya indi də Yunis Hüseynovu Gəncə klubuna yerləşdirmək istəyir.

Federasiya Hüseynova idarə heyətində iş vermək istəyir. İş deyəndə əslində ciddi bir ştat işi yoxdur. Sadəcə, tənqidlərdən qorunmaq üçün hər şey fikirləşmək olar. İdarə heyətinin üzvü, Müşahidə Şurasınn üzvü, klubun məsləhətçisi və s. Sadəcə, bir məsələ var ki, Yunis Hüseynovla Mehman Allahverdiyevin münasibətləri heç də yaxşı deyil. Bu mənada onların eyni yerdə çalışması klubdaxili ab-havanı poza bilər. Ki, AFFA-da indiki halda hansısa klubdaxili qarşıdurmaya qəti yol verməz.